Bədən Tərbiyəsi və İdman Akademiyasında 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Yanvarın 17-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Mərasimdə Gənclər və İdman nazirinin müavinləri İntiqam Babayev, İsmayıl İsmayılov, Fərhad Hacıyev, Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abiyev, ADBTİA-nın rektoru Fuad Hacıyev, akademiyanın professor-müəllim heyəti, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən İntiqam Babayev və Fuad Hacıyev 20 Yanvarın Azərbaycan tarixində ümumxalq hüzn günü ilə yanaşı, qürurla yad edilən gün olduğunu vurğulayıblar. Bildirilib ki, 1990-cı il yanvarın 20-də Vətənimizin istiqlaliyyətini öz canlarından uca tutan igid oğul və qızlarımız sovet ordusunun hücumuna qarşı sinələrini sipər edərək xalqımızın müstəqillik amalının və mübarizə əzminin sarsılmazlığını nümayiş etdirdilər. Məhz bu baxımdan 20 Yanvar Azərbaycan xalqının birliyinin, müstəqillik yolunda əyilməz iradəsinin rəmzidir.

Mərasim bədii hissə ilə davam edib.

Xəbər 6246 dəfə oxundu.