Şahmatçımız Rauf Məmmədov “Tata Steel Chess 2020” turnirində Maks Vermerdamla mübarizə aparacaq
Yanvarın 19-da Niderlandın Veyk-an Zee şəhərində təşkil olunan “Tata Steel Chess 2020” turnirində səkkizinci turun oyunları keçiriləcək.

Turnirin B qrupunda şahmatçımız Rauf Məmmədov növbəti partiyanı yerli idmançı Maks Vermerdamla oynayacaq. Qeyd edək ki, o, ötən turda hindistanlı Surya Şexar Ganquli ilə xalları yarı bölüb.

Şahmatçımızın yeddi turun nəticəsinə görə 3,5 xalı var.


Xəbər 684 dəfə oxundu.