Masallıda futzal üzrə rayon birinciliyinə yekun vurulub
Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Boradigah qəsəbəsindəki idman zalında 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş futzal üzrə rayon birinciliyi başa çatıb.

Səkkiz gün davam edən yarışda 16 komanda mübarizə aparıb. Daha inamlı oyun nümayiş etdirən “Babaser” və “Ərkivan” komandaları finalda qarşılaşıblar. Maraqlı mübarizə şəraitində keçən oyunda “Babaser” komandası rəqibini 1:0 hesabı ilə məğlub edərək rayon birinciliyinin qalibi olub.

Qaliblərə diplom, kubok, qiymətli hədiyyələr və pul mükafatı verilib.

Mükafatlandırma mərasimində çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov, “Boradigah idman zalı” MMC-nin direktoru Rasif Əliyev, Boradigah qəsəbə bələdiyyəsinin sədri Etibar Paşayev, qəsəbə ağsaqqalı Ələsgər Hüseynov qalibləri təbrik ediblər. Çıxışlarda Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 20 Yanvar hadisələrindən söhbət açılıb.


Xəbər 1062 dəfə oxundu.