Azərbaycan qılıncoynadanları dünya kubokunun mərhələ yarışında iştirak edirlər
Yanvarın 18-də Bəhreynin paytaxtı Manamada qılıncoynatma üzrə dünya kubokunun mərhələ yarışına start verilib.

Turnirdə ölkəmizi kişilərdən ibarət şpaqa üzrə milli komandamızın üzvləri Ruslan Həsənov, Xalid Əliyev və Barat Quliyev təmsil edirlər.

Qeyd edək ki, dünya kuboku turnirində 21 ölkədən 67 idmançı birincilik uğrunda mübarizə aparır.

Xəbər 942 dəfə oxundu.