“Sumqayıt” klubu ikinci yoxlama oyununu Rumıniya komandasına qarşı keçirəcək
Mövsümün ikinci yarısı üçün hazırlıqları Antalyada davam etdirən “Sumqayıt” klubu yanvarın 18-də növbəti yoxlama oyununu keçirəcək.

Sumqayıt təmsilçisi ikinci yoxlama matçında Rumıniyanın “Politexnika İaşi” klubu ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.

“Sumqayıt” Antalya toplanışındakı ilk yoxlama oyununda Macarıstanın “Kaposvar” klubuna 3:4 hesabı ilə uduzub.


Xəbər 691 dəfə oxundu.