Xaçmazda budo üzrə açıq şimal çempionatına start verilib
Yanvarın 18-də Xaçmaz Olimpiya İdman Kompleksində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr və gənclər arasında budo döyüş növü üzrə açıq şimal çempionatına start verilib.

Xaçmaz Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Budo Döyüş Növləri Federasiyasının birgə təşəbbüsü ilə keçirilən yarışa 25 komandadan 300-ə yaxın idmançı qatılıb.

Yarış semi-kontakt, ful-kontakt və fri-kontakt qaydaları üzrə keçirilir.

Çempionatın qalibləri fevralda keçiriləcək budo üzrə Azərbaycan çempionatında iştirak hüququ qazanacaqlar.

Xəbər 674 dəfə oxundu.