Yunan-roma güləşçilərimiz Bolqarıstandadır
London Yay Olimpiya Oyunlarına hazırlığın tərkib hissəsi olaraq, yunan-roma güləşi üzrə milli komandamız iyunun 3-də Bolqarıstana yola düşüb. İdman.com.az saytının məlumatına görə, bahadırlarımız 18 gün ərzində Belmeken şəhərində təlim-məşq toplanışında iştirak edəcəklər. Heyətə London-2012-yə vəsiqə qazanmış bütün idmançılarımız daxil edilib.

Baş məşqçi Saleh Bora rəhbərliyi ilə Bolqarıstanda Rövşən Bayramov, Elçin Əliyev və Eldəniz Əzizli (hər üçü - 55 kq), Həsən Əliyev, Kamran Məmmədov və Sakit Cəlilov (60 kq), Azad Əliyev (66 kq), Emin Əhmədov, Rafiq Hüseynov və Elvin Mürsəliyev (74 kq), Saman Təhmasibi və Həmzət Yusubov (hər ikisi - 84 kq), Şalva Qadabadze (96 kq) və Radomir Petkoviç (120 kq) hazırlıq keçəcəklər.

Xəbər 1074 dəfə oxundu.