“Tata Steel Chess 2020”: Rauf Məmmədov növbəti turda hindistanlı şahmatçı ilə qarşılaşacaq
Niderlandın Veyk-an Zee şəhərində təşkil olunan və təmsilçimiz Rauf Məmmədovun da iştirak etdiyi “Tata Steel Chess 2020” turnirində yanvarın 18-də yeddinci turun oyunları keçiriləcək.

B qrupunda mübarizə aparan şahmatçımız növbəti turda turnir cədvəlinin liderlərindən olan hindistanlı Surya Şexar Ganquli ilə mübarizə aparacaq.

Altı turdan sonra şahmatçımız 3 xal toplayıb.

Xəbər 661 dəfə oxundu.