Pekində 2022-ci ilin Olimpiadasının və Paralimpiadasının talismanlarının təsviri olan xatirə poçt markaları təqdim edilib
Pekində 2022-ci ilin qış Olimpiadasının və Paralimpiadasının talismanlarının təsviri olan xatirə poçt markaları təqdim edilib.

Seriya iki markadan ibarətdir. Onların hər birində müvafiq olaraq Olimpiadanın və Paralimpiadanın talismanları təsvir edilib. Eyni zamanda, Çin poçtu Oyunların birinci gününün proqramının, bukletin və hədiyyə kitabı ilə markaların təqdimatını keçirib.

Xəbər 692 dəfə oxundu.