Tokio Olimpiya Oyunlarının nəhəng loqosu quraşdırılıb
Yanvarın 17-də Tokionun Odayba adasındakı dənizkənarı parkda Olimpiya Oyunlarının nəhəng loqosu quraşdırılıb.

Azsport.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, bu nəhəng loqonun eni 32,6, hündürlüyü isə 15,3 metrdir. Rəmzin quraşdırıldığı sahil parkı gözəlliyi ilə yanaşı, buradan açılan paytaxt mənzərəsi, “Göyqurşağı körpüsü” və “Tokio qülləsi” ilə də diqqəti cəlb edir.

Qeyd edək ki, Yokohama şəhərində quraşdırılan loqo səhər saatlarında sahil rayonuna gətirilərək triatlon yarışlarının keçiriləcəyi ərazidə yerləşdirilib. Olimpiya Oyunlarının rəmzinin rəsmi açılış mərasimi yanvarın 24-də keçiriləcək.



Xəbər 877 dəfə oxundu.