İradə Aşumova reytinqdə irəliləyib
Beynəlxalq Atıcılıq Federasiyası (İSSF) iyun ayı üçün yeni reytinq cədvəlini açıqlayıb. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, siyahı stend atıcılığı üzrə Azərbaycan millisinin üzvlərindən fərqli, güllə atıcılarımız üçün uğurlu alınıb.

Belə ki, Dünya Kuboklarının yekununa əsasən açıqlanan cədvəldə London-2012 lisenziya qazanan İradə Aşumova çıxış etdiyi – 10 və 25 m məsafələrə atəşaçma yarışlarında irəliləyib. Afina-2004-ün bürünc mükafatçısı müvafiq olaraq, 5 və 12 rəqibini arxada qoyub. Nəticədə yığmamızın baş məşqçisi funksiyasını da yerinə yetirən Aşumova 56-cı (10 m) və 32-ci (25 m) yerlərə yüksəlib. Yalnız 10 m məsafəyə atəşaçma cədvəlində yer alan Nigar Bağırova müəlliməsindən fərqli, 33 pillə geriləyərək 122-ci pilləyə düşüb.

Ruslan Lunyov da Bağırovanın yolu ilə gedib. O, 10 m məsafəyə atəşaçmada 67-ci yerdə qərarlaşıb ki, bu da son siyahı ilə müqayisədə 9 pillə aşağıdır.

Stend atıcılarımızdan yalnız Olimpiya çempionumuz Zemfira Meftəhəddinova mövqeyini qoruyub. O, mübarizə apardığı skit növündə yenə 13-cü yerdədər. Meftəhəddinova komanda yoldaşı Nurlanə Cəfərova 12, Emin Cəfərov isə 6 pillə geriləyib. Onlar hazırda müvafiq olaraq, 67-ci və 56-cı yerdədirlər.

Xəbər 2180 dəfə oxundu.