“Zirə” komandası Rumıniyanın “Sepsi” klubunun qapısından iki cavabsız top keçirib
Antalyada təlim-məşq toplanışında olan Bakının “Zirə” futbol klubu yanvarın 16-da növbəti yoxlama matçına çıxıb.

Paytaxt təmsilçisi ikinci yoxlama görüşündə Rumıniyanın “Sepsi” klubu ilə qarşılaşıb. Qarşılaşma Bakı təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib. Matçda qolları 1-ci və 6-cı dəqiqələrdə Riçard Qadze vurub.

Qeyd edək ki, “Zirə” birinci görüşündə Türkiyənin ikinci divizion təmsilçisi “Ümraniyespor”a 0:3 hesabı ilə məğlub olub.

Xəbər 684 dəfə oxundu.