“Qalatasaray” klubunun oyununu azərbaycanlı hakim idarə edəcək
Azərbaycanın beynəlxalq dərəcəli hakimi Eldar Əliyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb.

Həmyerlimiz kişi voleybolçular arasında CEV kuboku yarışlarında mübarizə aparan Türkiyənin “Qalatasaray” və Rumıniyanın “Municipal Arcada” komandaları arasında keçiriləcək görüşün baş hakimi olacaq. Həmyerlimizə belaruslu Konstantin Asipçik kömək edəcək.

Turnirin 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək görüş yanvarın 29-da İstanbuldakı Burhan Felek Voleybol Mərkəzində təşkil olunacaq.

Xəbər 873 dəfə oxundu.