“Tata Steel Chess 2020”: Rauf Məmmədov Jan Smitslə üz-üzə gələcək
Yanvarın 16-da Veyk-an Zee şahmat festivalının (“Tata Steel Chess 2020”) beşinci turunun oyunları keçiriləcək.

Turnirin B qrupunda mübarizə aparan təmsilçimiz Rauf Məmmədov növbəti turda yerli idmançı Jan Smitslə üz-üzə gələcək.

Qeyd edək ki, təmsilçimiz ötən 4 turun nəticəsinə görə 2,5 xal toplayıb. O, bu göstərici ilə 2-5-ci yerləri bölüşür.

Xəbər 674 dəfə oxundu.