“Tokio 2020” Olimpiadası biletlərinin dizaynı təqdim olunub
Bu il Tokioda keçiriləcək Olimpiya Oyunlarının təşkilatçıları Olimpiya və Paralimpiya Oyunlarının bilet dizaynlarını təqdim ediblər.

Azsport.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, təşkilatçılar dizaynda Oyunlara baxış və “Tokio 2020”-nin vizual fərdliliyinə əsaslandığını bildiriblər. Biletlərin hamısında idman piktoqramı, məkan piktoqramı və “Tokio 2020” loqosu əks olunub. Onların rənglərinin müxtəlifliyi isə tədbirin keçirildiyi məkana və əraziyə görə müəyyən edilib. Ümumilikdə Olimpiya Oyunları üçün 59, Paralimpiya Oyunları üçün 25 dizaynda olan biletlər may ayından etibarən satışa çıxarılacaq.

Qeyd edək ki, Tokio Olimpiadası 2020-ci il iyulun 24-dən avqustun 9-dək, Paralimpiya Oyunları isə avqustun 25-dən sentyabrın 6-dək keçiriləcək.

Xəbər 929 dəfə oxundu.