Tanınmış jurnalist Tofiq Gülməmmədov vəfat edib | |
Əməkdar jurnalist Tofiq Gülməmmədov vəfat edib. Bu gün səhər saatlarında vəziyyəti pisləşən T.Gülməmmədov yerləşdirildiyi Neftçilər Xəstəxanasında dünyasını dəyişib. Gülməmmədov Tofiq Ataxan oğlu 9 may 1960-ci ildə Naxçıvan şəhərində anadan olub. 1983-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olub və 1987-ci ildə həmin fakültəni bitirib. 1987-ci ildə təyinatla C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında əmək fəaliyyətinə başlayıb. 1992-ci ildə Azərbaycan Televiziya və Radio Verlişləri Şirkətində rejissor vəzifəsinə, 1993-cü ildə “Hərbi Vətənpərvərlik və Səlnamə” resdaksiyasının baş rejissoru, 1996-cı ildə idman redaksiyasının baş rejissoru vəzifəsinə təyin edilib və rejissor-reportyor funksiyasını yerinə yetirib. 2006-cı ildə Lənkəran TV-yə sədr təyin olunub. Hazırda Azərbaycan Dövlət Neft Şirkəti, Sosial İnkişaf İdarəsinin “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin mətbuat xidmətinə rəhbərlik edirdi. 2010-cu il dekabrın 27-də Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Əməkdar jurnalist fəxri adına layiq görülüb. Ailəlidir, 1 övladı var. Allah rəhmət eləsin! |
|
Xəbər 737 dəfə oxundu. |
|
|