Azərbaycanın yeniyetmə sablyaçıları Rusiyada təlim-məşq toplanışındadır
Azərbaycanın yeniyetmə sablyaçıları Rusiyanın Novoqorsk şəhərindəki ikiqat Olimpiya çempionu İlqar Məmmədov adına Qılıncoynatma Mərkəzində təlim-məşq toplanışındadırlar.

Təlim-məşq toplanışında qılıncoynadanlardan Murad Əkbərov, Maqsud Hüseynli, Saleh Məmmədov və Zərifə Hüseynova məşqçi Cahangir Səfərovun rəhbərliyi altında iştirak edirlər.

Qeyd edək ki, toplanış yeni mövsümə hazırlıq xarakteri daşıyır.

Xəbər 866 dəfə oxundu.