İrina Viner: “Aliyə çox güclü gimnastdır”
“Aliyə çox güclü gimnastdır. O, çox məşq edib, məşğələləri buraxmırdı və çalışdırıcıların tapşırıqlarına qulaq asırdı. Bu da nəticəsi”. İdman.com.az saytının məlumatına görə, bunu bədii gimnastika üzrə Rusiya yığmasının baş məşqçisi İrina Viner deyib.

Təcrübəli mütəxəssis Azərbaycan gimnastı, London-2012-yə lisenziya qazanmış Aliyə Qarayevanın Avropa çempionatında bürünc medal qazanmasına münasibət bildirib: “Qarayeva xalça üzərində ən yaxşı çıxışlarını nümayiş etdirdi. Çox güclü xasiyyətə malikdir və bu, Aliyəni idmanda yüksək nailiyyətlər əldə etməsinə kömək edir”.

Vinerin sözlərinə görə, yarışlarda Azərbaycan bayrağı yüksələndə Aliyə çox sevinir: “Biz də ona məsləhətlər verdiyimiz üçün onun müvəffəqiyyətinə çox sevinir və fəxr edirik. Mən hamınızı, bu uğurda əməyi keçən hər kəsə təbrikimi çatdırıram. Xüsusilə, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya təbriklərimi çatdırmağı xahiş edirəm. O, Azərbaycanda gimnastikanın inkişafı üçün hər şey edir. Axı, müsəlman ölkəsinin bayrağı bu cür qadın idman növündə yüksələndə çox gözəldir”.

Xəbər 1690 dəfə oxundu.