Naxçıvanda hakimlər üçün təlim-məşq toplanışı keçirilib
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Futbol Federasiyasının (NFF) təşkilatçılığı ilə Şərur Olimpiya-İdman Kompleksində hakimlər üçün təlim-məşq toplanışı keçirilib.

Bu məqsədlə AFFA Hakimlər Komitəsinin üzvü, FIFA referisi Anar Salmanov, digər FIFA dərəcəli hakim Ömər Paşayev və fiziki hazırlıq üzrə məşqçi Rüstəm Rüstəmli muxtar respublikada səfərdədirlər. Toplanışa Region Liqa Naxçıvan Zonasının oyunlarını idarə edən 15 hakim qatılıb.

Öncəki kurs və seminarlarda olduğu kimi, Naxçıvanda futbol hakimliyinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlim-məşq toplanışı gün ərzində seminar, taktiki-texniki və fiziki hazırlıq məşqlərini əhatə edib.

Xəbər 693 dəfə oxundu.