“Səbail” klubu Qazaxıstanın “Jetisu” komandası ilə yoxlama oyunu keçirəcək
Antalyada təlim-məşq toplanışında olan Bakının “Səbail” futbol klubu bu gün Qazaxıstanın “Jetisu” komandası ilə yoxlama oyunu keçirəcək.

“Spice Otel Belek”in meydanında keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 18:00-da başlayacaq.

Qeyd edək ki, yanvarın 26-dək Antalyada qalacaq “Səbail” bu müddətdə daha 3 yoxlama görüşü keçirəcək.

Xəbər 592 dəfə oxundu.