I Qəbələ kubokunun ən yaxşıları kimlər oldu?
15 yaşadək futbolçular arasında I Qəbələ Kubokunun ən yaxşı futbolçularının adları açıqlanıb. İdman.com.az saytının məlumatına görə, finalda Serbiya millisini məğlub edərək çempion olan “Qalatasaray”ın 1 futbolçusu fərqlənənlər sırasında yer alıb.

Ən yaxşılar siyahısında, həmçinin vitse-çempion - serblərin, bürünc mükafatçı - “Levante”nin də 1 oyunçusu yer alıb. Digər nominasiyaların da qalibi qonaq komandaların futbolçuları olublar. 6-cı olan “Qəbələ”nin, 8-ci yerdə qərarlaşan “Qarabağ”ın heyətində isə heç kim fərqlənməyib.

“Fair Play” – Sintevr Bart (“Feyenoord”)
Ən yaxşı qapıçı – Mario Qarsiya Errero (“Levante”)
Ən yaxşı müdafiəçi – Andreas Olsen (“Brondbü”)
Ən yaxşı yarımmüdafiəçi – Birxan Vətənsever (“Qalatasaray”)
Ən yaxşı hücumçu – Manuel Sena (“Vilyarreal”)
Ən dəyərli oyunçu – Nemanya Qlavciç (Serbiya MK)

Xəbər 975 dəfə oxundu.