Şəmkirdə “Coca-Cola Məktəbli Kuboku” turnirinə start verilib
Şəmkirdəki Fərman Salmanov adına tam orta məktəbdə Təhsil Nazirliyinin və AFFA-nın birgə təşkilatçılığı, Şəmkir Rayon Gənclər və İdman İdarəsinin iştirakı ilə futbol üzrə ənənəvi “Coca-Cola Məktəbli Kuboku” turnirinə start verilib.

Turnirin açılış mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşı Miraqil Mircavadov, rayon gənclər və idman idarəsinin rəisi Emin İsmayılov, təhsil şöbəsinin metodisti Südabə Vəliyeva ənənəvi olaraq keçirilən futbol turnirinin əhəmiyyətindən danışıblar. Bildirilib ki, 2011-ci ildən təşkil olunan turnir məktəblilər üçün ən böyük futbol yarışıdır. “Coca-Cola Məktəbli Kuboku”na hər il on minlərlə məktəbli qatılır. Şagirdlər futbol həyəcanı yaşayır, yeni dostlar qazanır, dünyagörüşlərini artırırlar. Bütün bunlar uşaq futbolunun inkişafına müsbət təsir göstərir.

Rayon turnirində 60 komanda 5 zona üzrə mübarizə aparacaq. Sonda qaliblər kubok və diplomlarla təltif olunacaq.

Xəbər 642 dəfə oxundu.