Azərbaycanın qadın qılıncoynadanları Kanadada keçirilən Qran-Pridə iştirak edirlər
Azərbaycanın qadın qılıncoynadanları Kanadada keçirilən Qran-Pridə iştirak edirlər.

Sablyaçılarımızdan Anna Başta şəxsi yarışda qrup mərhələsini 5 qələbə ilə başa vuraraq birbaşa əsas mərhələyə vəsiqə qazanıb. İdmançımız 1/32 finalda Rusiya təmsilçisi Alina Mixaylovaya 13:15 hesabı ilə uduzub.

Qrupu 4 qələbə ilə bitirən Səbinə Kərimova da əsas mərhələyədək irəliləməyi bacarıb. Təmsilçimiz pley-offda Koreya Respublikasından olan idmançı Hayounq Jeona 15:5 hesabı ilə qalib gəlib. S.Kərimova 1/32 finalda digər koreyalı sablyaçı Jisu Yuna 6:15 hesabı ilə məğlub olub.

Qrupda 4 qələbəsi olan Valeriya Bolşakova İspaniya idmançısı Araceli Navarroya 6:15 hesabı ilə məğlub olub. Pley-offa 3 qələbə ilə yüksələn Sevil Bünyatova isə fransalı Şarlin Taylandierə 11:15 hesabı ilə uduzub.

Xəbər 1047 dəfə oxundu.