Atletimiz Yeniyetmələrin Qış Olimpiya Oyunlarında 8-ci yerdə qərarlaşıb
13 yanvar tarixində fiqurlu konkisürmə idman növündə mübarizə aparan atletimiz sərbəst proqramda çıxış edib. Yekaterina Ryabova iki çıxışın cəmində 169,37 xal toplayaraq yekun nəticədə 8-ci yeri tutub.

Atletimizin uğurlu çıxışını Azərbaycanın İsveçrə Konfederasiyasında səfiri Xanım İbrahimova, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibin müavini Azər Əliyev və Qış İdman Növləri Federasiyasının vitse-prezidenti Rauf Xəlilov izləyib.

Xatırladaq ki, Azərbaycan bu yarışlara ilk dəfə qatılıb.

Xəbər 917 dəfə oxundu.