Rauf Məmmədov “Tata Steel Chess 2020”də liderlər qrupunda mübarizəni davam etdirir
Yanvarın 13-də Veyk-an Zee şahmat festivalının (“Tata Steel Chess 2020”) üçüncü turunun oyunları keçirilib.

Turnirin B qrupunda mübarizə aparan təmsilçimiz Rauf Məmmədovun yarışın favoriti, ispaniyalı şahmatçı Anton Guijarla oyunu heç-heçə başa çatıb. Təmsilçimiz ötən 3 turun nəticəsinə görə 2 xal qazanıb. O, bu göstərici ilə liderlər qrupunda yer alıb.

Xəbər 661 dəfə oxundu.