I Qəbələ kubokunu “Qalatasaray” qazandı
Bu gün 15 yaşadək futbolçular arasında I Qəbələ kubokuna yekun vurulub. İdman.com.az saytının məlumatına görə, finalda “Qalatasaray” və Serbiya milli komandaları üz-üzə gəliblər. Oyunun əsas və əlavə vaxtı heç-heçə bitdiyindən, qalib 11-metrlik cərimə zərbələri ilə müəyyənləşib. Penaltilərdə daha dəqiq olan İstanbul klubu çempion adını qazanıb – 4:2.

3-cü yer uğrunda görüşdə İspaniya “Levante”si “Brondbü”nü (Danimarka) üstələyib (2:0).

Xatırladaq ki, Azərbaycan klublarından “Qəbələ” 6-cı, “Qarabağ” 8-ci yer tutub. Meydan sahibi bu gün səhər “Vilyarreal”a (1:4), Ağdam komandası isə “Feyenoord”a uduzub (0:5).

Xəbər 1106 dəfə oxundu.