İrina Zaretska Karate 1 Seriya A turnirində gümüş medal qazanıb
Çilinin paytaxtı Santyaqoda keçirilən Karate 1 Seriya A turnirini təmsilçimiz İrina Zaretska (68 kq) medalla başa vurub.

Karateçimiz yarışda Daniele Van Viki (CAR) 9:0, Qalina Melniki (Ukrayna) 3:2, Feryal Abdelazizi (Misir) isə 1:0 hesabı ilə məğlub edərək finala yüksəlib. Həlledici görüşdə İ.Zaretska Silviya Semeraroya (İtaliya) 0:1 hesabla məğlub olaraq gümüş medalla kifayətlənib.

Dünya Karate Federasiyasının (WKF) bu nüfuzlu turnirinə 65 ölkədən 466 karateçi iştirak edib. Yarışın hər mərhələsi idmançılara olimpiya reytinq xalları qazandırıb.

Xəbər 701 dəfə oxundu.