Formula 1 Azərbaycan Qran-Prisinin dəqiq cədvəli açıqlanıb
Formula 1 şirkəti dünya çempionatının yeni mövsümü üçün mərhələlərin dəqiq cədvəlini açıqlayıb.

İyunun 5-7-də təşkil olunacaq Azərbaycan Qran-Prisinin sərbəst yürüşlərdən ikisi birinci yarış gününə saat 13:00-14:30-a və 17:00-18:30-a təsadüf edəcək. Sonuncu sərbəst yürüş isə iyunun 6-da saat 14:00-dan 15:00-dək davam edəcək. İkinci yarış günündə həm də təsnifat yürüşü keçiriləcək. Saat 17:00-da start götürəcək yürüş 1 saat davam edəcək. İyunun 7-də isə saat 16:10-da Azərbaycan Qran-Prisinə start veriləcək.

Qeyd edək ki, Azərbaycan Qran-Prisi bu il ardıcıl 5-ci dəfə təşkil olunacaq.


Xəbər 660 dəfə oxundu.