Bakıda könüllülər üçün “Müasir dünyada PR” mövzusunda seminar təşkil olunub
Yanvarın 11-də “Bakı Şəhər Halqası” Akademiyasında könüllülər üçün “Müasir dünyada PR” mövzusunda seminar təşkil olunub.

Ölkəmizdə Formula 1 yarışlarının təşkilatçısı olan “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) marketinq və kommunikasiyalar şöbəsinin rəhbəri Nigar Arpadarainin apardığı seminarda müasir dünyada PR və onun alətləri, Formula 1 Azərbaycan Qran-Prisinin PR strategiyası və bu kimi mövzular barədə məlumat verilib.

Əllidən artıq könüllünün iştirak etdiyi tədbirdə N.Arpadarai seminar iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan olunmasını nəzərə alan BŞH könüllülərlə tanınmış şəxslərin görüşlərini mütəmadi olaraq təşkil etməyi, onların bilik və bacarıqlarının artırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirməyi nəzərdə tutub.


Xəbər 676 dəfə oxundu.