Azərbaycan idmançısı Polşada keçirilən Torun kuboku turnirinin konkisürmə yarışının qalibi olub
Azərbaycan idmançısı Vladimir Litvintsev Polşada keçirilən Torun kuboku turnirində birinci yeri tutub.

İdmançımız konkisürmə üzrə kişilərin fərdi yarışında ən yüksək nəticə göstərərək qalib adını qazanıb.

İdmançımız uğurlu çıxışı ilə hakimlərdən 145,99 xal alıb. Rusiyalı Mark Kondratyuk (135,9) ikinci, avstriyalı Brendan Kerri (131,39) isə üçüncü olublar.

AZƏRTAC


Xəbər 682 dəfə oxundu.