Qadın güləşçilərimiz İstanbulda iki medal qazanıblar
İstanbulda sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirə turniri davam edir.

Yarışın birinci günündə qadınlar arasında 3 çəkidə medalçılar müəyyənləşib. Yığmamızın üzvlərindən Türkan Nəsirova (50 kq) və İrina Netreba (68 kq) bürünc medal qazanıblar. Alyona Kolesnik (57 kq) isə 5-ci yerlə kifayətlənib.

Sərbəst güləşçilərin yarışında isə 5 çəkidə mübarizəyə start verilib. Təmsilçilərimizdən Əli Rəhimzadə (65 kq) adını finala yazdırıb. Əfqan Xaşalov (57 kq) və Cəbrayıl Həsənov (86 kq) bürünc medal uğrunda güləşəcəklər. Pərviz İbrahimov (57 kq), Turan Bayramov (65 kq), Ağahüseyn Mustafayev (70 kq) və Osman Nurməhəmmədov (86 kq) isə təsəlliverici görüşlərə çıxacaqlar.

Qeyd edək ki, sərbəst güləşdə 57, 65, 70, 86 və 97 kiloqram çəki dərəcəsində medalçılar yanvarın 11-də bəlli olacaq.


Xəbər 712 dəfə oxundu.