Tahir Baxşiyev on altı yaşadək basketbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi təyin edilib
Azərbaycan Basketbol Federasiyasında Rəyasət Heyətinin iclası keçirilib.

Azsport.az federasiyanın saytına istinadla xəbər verir ki, iclasda Azərbaycan Basketbol Federasiyasının 2020-ci ilin iş planı, işçi komissiyaların təsdiq edilməsi, Jr.NBA Liqasına hazırlıq prosesi və digər təşkilati məsələlər müzakirə edilib.

Məşqçilər Şurasının təklifi ilə Tahir Baxşiyev on altı yaşadək basketbolçulardan ibarət Azərbaycan milli yığma komandasının baş məşqçisi təyin edilib.

Xəbər 1032 dəfə oxundu.