Yeniyetmələr arasında atletika üzrə Bakı çempionatı keçiriləcək
Yanvarın 10-11-də Respublika Olimpiya Mərkəzində atletika üzrə Bakı çempionatı keçiriləcək. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə təşkil olunacaq yarışda qızlar və oğlanlar iştirak edəcəklər.

Yarışda 100-ə yaxın atlet birincilik uğrunda mübarizə aparacaq.

Qaliblər diplom və medallarla təltif olunacaqlar.

Xəbər 916 dəfə oxundu.