Şahmatçılarımız “Tata Steel Chess 2020”də iştirak edəcəklər
Niderlandda yanvarın 11-də dünyanın ən mötəbər turnirlərindən biri hesab olunan Veyk-an Zee şahmat festivalı (“Tata Steel Chess 2020) start götürəcək.

Artıq 82-ci dəfə keçiriləcək turnirin iştirakçıların yekun siyahısı məlum olub. Keçən il iki şahmatçımızın çıxış etdiyi “Tata Steel Masters” yarışında bu dəfə ölkəmiz təmsil olunmayacaq.

Şahmatçılarımız B və C turnirlərində iştirak edəcəklər. Belə ki, Rauf Məmmədov B, Aydın Süleymanlı və Əhməd Əhmədzadə isə C qruplarında mübarizə aparacaqlar.


Xəbər 724 dəfə oxundu.