“Gibraltar International Chess Festival 2020”də 3 şahmatçımız mübarizə aparacaq
Yanvarın 21-də Cəbəllütariqdə şahmat üzrə “Gibraltar International Chess Festival 2020” turniri start götürəcək.

10 turdan ibarət olacaq festivalın nüfuzlu “Masters” turnirində Azərbaycanın 3 şahmatçısı - Şəhriyar Məmmədyarov, Vasif Durarbəyli və Günay Məmmədzadə mübarizə aparacaqlar.

“Masters” turnirdə hər il onlarca qrossmeyster, o cümlədən “2700 klubu”nun üzvləri iştirak edirlər. Artıq uzun illərdir ki, bu festival İsveçrə sistemi üzrə keçirilən ən güclü turnir hesab olunur. Bu il festivalın “Masters” turnirinə dünyanın müxtəlif ölkələrindən 228 şahmatçı qatılacaq. Turnirin reytinq favoriti təmsilçimiz Ş.Məmmədyarovdur.

Xəbər 800 dəfə oxundu.