Bakıda keçiriləcək paracüdo üzrə İBSA Qran-Pri turnirinin hazırlığına start verilib
Mayın 11-12-də Bakıda paracüdo üzrə İBSA Qran-Pri turniri keçiriləcək.

Yarışa 40-dan çox ölkənin nümayəndələrinin qatılacağı gözlənilir.

Azərbaycan Milli Paralimpiya Komitəsinin ofisində qurumun prezidenti İlqar Rəhimovun sədrliyi ilə Təşkilat Komitəsinin ilk iclası keçirilib. İclasda hazırlıq barədə müzakirələr aparılıb və tədbirlər planı təsdiq edilib.

Qeyd edək ki, bu yarışdan sonra “Tokio 2020” Yay Paralimpiya Oyunlarının paracüdo yarışlarında iştirak edəcək idmançıların adları açıqlanacaq.

Xəbər 876 dəfə oxundu.