İdmançımız Karate 1 Seriya A turnirində iştirak edəcək
Karate üzrə böyüklərdən ibarət əsas milli komandamız 2020-ci il mövsümündə mübarizəyə başlayır.

Qadınlardan ibarət komandanın lideri İrina Zaretska (68 kq) yanvarın 10-12-də Çilinin paytaxtı Santyaqoda keçiriləcək Karate 1 Seriya A turnirində iştirak edəcək. Dünya və Olimpiya reytinqinin birincisi İ.Zaretska bu turnirdə qadınlardan ibarət komandanın baş məşqçisi Denis Morozovun rəhbərliyi ilə mübarizə aparacaq.

Dünya Karate Federasiyasının (WKF) bu nüfuzlu turnirinə 65 ölkədən 466 karateçi qatılacaq. Yarışın hər mərhələsi idmançılara Olimpiya reytinq xalları qazandıracaq.

Xəbər 1014 dəfə oxundu.