Şahmatçımız Xəyalə Abdulla “Şarca Kuboku 2020”də uğurla çıxış edir
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarca şəhərində qadınlar arasında şahmat üzrə “Şarca Kuboku 2020”də Azərbaycan idmançısı Xəyalə Abdulla uğurla çıxış edir.

6 turdan 4,5 xal toplayan təmsilçimiz bu nəticə ilə turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Komandamızın digər üzvü Nərmin Söyünlü isə 3 xalla 28-ci yerdədir.

İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir.

Xəbər 670 dəfə oxundu.