Azərbaycan millisi Latviya və Uels yığmaları ilə yoldaşlıq oyunu keçirə bilər
Futbol üzrə Azərbaycan və Latviya milli komandaları arasında yoldaşlıq oyunu keçirilə bilər.

Bu sözləri yanvarın 8-də təşkil olunan mətbuat konfransında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Baş katib bildirib ki, millimiz martın 30-da səfərdə Malta ilə yoldaşlıq oyununda gücünü sınayacaq. Latviya seçməsi də həmin vaxt Maltaya gələcək və komandalar arasında matçın keçirilməsi nəzərdə tutulub. Mayda isə millimiz Türkiyə komandası ilə qarşılaşacaq. Həmçinin Uels yığması ilə də yoldaşlıq oyununun təşkili istiqamətində danışıqlar gedir.

Xəbər 839 dəfə oxundu.