Regional futbol federasiyalarının əməkdaşları üçün seminar təşkil olunub
Yanvarın 7-də AFFA-nın inzibati binasında regional futbol federasiyalarının əməkdaşları üçün seminar keçirilib.

Seminarda ilk olaraq AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edərək iştirakçıları salamlayıb, regional federasiyaların fəaliyyətinin futbolun inkişafı və kütləviliyinin artmasında vacib rol oynadığını qeyd edib.

Sonra AFFA-nın müxtəlif departament və şöbələrinin əməkdaşları tərəfindən iştirakçılara assosiasiyanın müxtəlif istiqamətlər üzrə fəaliyyəti barədə ətraflı məlumat verilib.


Xəbər 792 dəfə oxundu.