Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli yeni təyinat alıb
Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli yeni təyinat alıb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, o, futzal üzrə “Avro 2022”nin ilkin seçmə mərhələsinin G qrupunda keçiriləcək oyunlarda iştirak edəcək. Bu qrupda Latviya, Danimarka və Estoniya milli komandaları mübarizə aparacaqlar.

Oyunlar yanvarın 30-dan fevralın 1-dək Latviyada keçiriləcək.

Qeyd edək ki, bu, Elçin Səmədlinin hakim-inspektor kimi ilk beynəlxalq təyinatıdır.

Xəbər 730 dəfə oxundu.