Sərbəst güləş yığmamız İstanbulda təlim-məşq toplanışını davam etdirir
Sərbəst güləş yığmamız İstanbulda təlim-məşq toplanışını davam etdirir.

Azsport.az Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, dekabrın 26-dan ölkə xaricində hazırlıq prosesinə start verən millimiz Türkiyə, Qazaxıstan, Bolqarıstan, Hindistan, Türkmənistan və Rusiyadan olan idmançılarla birgə toplanış keçir.

Baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında davam edən hazırlıq prosesi yanvarın 9-da yekunlaşacaq. Ertəsi gün komandamız 2020-ci ildə ilk yarışına çıxacaq. Belə ki, yanvarın 10-dan 12-dək İstanbulda Yaşar Doğunun xatirə turniri keçiriləcək. Ənənəvi yarışda iştirak edəcək heyət yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.


Xəbər 731 dəfə oxundu.