Yeniyetmələr arasında atletika üzrə Bakı birinciliyi yarışına start verilib
Respublika Olimpiya Mərkəzində 2003-2004-cü il təvəllüdlü yeniyetmələr arasında atletika üzrə Bakı birinciliyi yarışına start verilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə baş tutan turnirdə qızlar və oğlanlar yarışır.

Çempionatda 100-ə yaxın atlet birincilik uğrunda mübarizə aparır.

Qaliblər federasiya və nazirlik tərəfindən diplom və medallarla təltif olunacaqlar.


Xəbər 824 dəfə oxundu.