Yeniyetmələrin Qış Olimpiya Oyunlarının məşəli Lozannaya yanvarın 9-da gətiriləcək
Sentyabrın 17-də Yunanıstanda alovlandırılan Yeniyetmələrin III Qış Olimpiya Oyunlarının məşəli 2020-ci il yanvarın 9-da Lozannaya, açılış mərasiminin keçiriləcəyi Olimpiya Stadionuna gətiriləcək.

Sentyabrın 18-də İsveçrənin paytaxtı Bern şəhərinə gətirilən Olimpiya məşəli təşkilatçı ölkənin 26 kantonunu səyahət edib.

Qeyd edək ki, “Lozanna 2020” Yeniyetmələrin Qış Olimpiadasında dünyanın 70 ölkəsindən 1880 idmançı qüvvəsini sınayacaq. Yarışlar gələn il yanvarın 9-22-də keçiriləcək.

AZƏRTAC

Xəbər 728 dəfə oxundu.