Qılıncoynatma üzrə Azərbaycan çempionatına yekun vurulub
Azərbaycan Texniki Universitetinin İdman Sarayının qılıncoynatma zalında gənclər arasında ölkə çempionatına yekun vurulub.

Azərbaycan Qılıncoynatma Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən turnirdə sablya və şpaqa üzrə qaliblər müəyyənləşib. Yarışda oğlanlar arasında sablyada Murad Əkbərov və şpaqada Xalid Əliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Qızların mübarizəsində isə sablyada Zərifə Hüseynova və şpaqada Azərin İdriszadə birinci olublar.

Turnirin mükafatçıları nazirlik və federasiya tərəfindən diplom və medallarla təltif olunublar.

Xəbər 1089 dəfə oxundu.