Astaralı boksçular Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni il bayramını yüksək nailiyyətlərlə qeyd ediblər
Astarada Aprel şəhidi Pəncəli Teymurovun adını daşıyan Boks Məktəbində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.

Tədbirdə çıxış edən Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, şəhid Pəncəli Teymurov adına Boks Məktəbinin direktoru Eldar Əhədov, Siyəku kənd Folklor Evinin direktoru Mahil Kakayev idmançıları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edərək ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət qayğısından danışıblar.

Çıxışlarda qeyd olunub ki, gənc nəslin sağlam böyüməsi üçün həyata keçirilən tədbirlər, müxtəlif idman növləri üzrə təlim məşqlərinin müntəzəm olaraq keçirilməsi nəticəsində rayon idmançıları respublika və beynəlxalq yarışlarda yüksək nəticələrə nail olublar.

Tədbirdə rayon və respublika yarışlarında uğurlu nəticələr qazanmış 35 nəfər yeniyetmə və gənc boksçuya şəhid Pəncəli Teymurov adına Boks Məktəbinin diplomları təqdim olunub.

Məktəbin direktoru Eldar Əhədov isə gənclərin vətənpərvərlik tərbiyəsi və fiziki hazırlığında xidmətlərinə görə rayon gənclər və idman idarəsinin diplomu ilə mükafatlandırılıb.

Tədbir Siyəku Kənd Folklor Evinin bədii özfəaliyyət kollektivinin ifasında konsert proqramı ilə yekunlaşıb.


Xəbər 717 dəfə oxundu.