Şahmatçılarımız blits üzrə dünya çempionatında mübarizə aparacaqlar
Dekabrın 29-da Moskvada blits üzrə dünya çempionatı start götürəcək.

Dünya çempionatında Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Eltac Səfərli, Namiq Quliyev və Aydın Süleymanlı mübarizə aparacaqlar. Qadın şahmatçıların mübarizəsində isə təmsilçilərimiz Zeynəb və Türkan Məmmədyarovalar, Gülnar Məmmədova, Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva yarışacaqlar.

Turnir dekabrın 30-dək davam edəcək.

Qeyd edək ki, dünya çempionatı çərçivəsində rapid yarışları başa çatıb. Turnirdə təmsilçilərimizdən ən yaxşı nəticə Şəhriyar Məmmədyarova məxsusdur. Qrossmeysterimiz 9,5 xalla 12-ci olub.

Xəbər 714 dəfə oxundu.