Əməkdar məşqçi Hacıbaba Əsgərovun xatirəsinə həsr olunan ağır atletika üzrə respublika turniri keçiriləcək
Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında Azərbaycanın Əməkdar məşqçisi, beynəlxalq dərəcəli hakim Hacıbaba Əskərovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə Respublika turniri keçiriləcək.

Şəxsi xarakter daşıyan yarışda qadın və kişi ağır atletlər, həmçinin ustadlar iştirak edəcək, qaliblər Sinkleyr cədvəli əsasında müəyyən ediləcək. Qalib və mükafatçılara müvafiq dərəcəli diplom, medal və xatirə hədiyyələri təqdim olunacaq.

Xatirə turnirinin təşkilində məqsəd Hacıbaba Əskərovun həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ olunması, ağır atletika idman növünün inkişaf etdirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılmasıdır.

Xəbər 875 dəfə oxundu.