Binəqədidə uşaq və yeniyetmələr arasında üzgüçülük turniri keçirilib
Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Bakı Tennis Akademiyasında qızlar arasında üzgüçülük turniri keçirilib.

Turnirdə brass üsulu üzrə Fidan İsmayıl birinci, Xədicə Usubova ikinci, Fərəh Yusifli üçüncü yerlərə layiq görülüblər. Sərbəst üsul üzrə Nigar Mustafayeva, Nigar Nağısoy, Aylin İbrahimova müvafiq olaraq birinci, ikinci, üçüncü yerləri bölüşüblər.

Qaliblər idarə tərəfindən diplom, medal və xatirə hədiyyələri ilə təltif ediliblər.

Xəbər 699 dəfə oxundu.