Löv Kakaunu istəmədi
Almaniya yığmasının baş məşqçisi Yoahim Löv «Ştuttqart»ın forvardı Kakaunu özü ilə qitə çempionatına aparmamaq qərarına gəldi. İdman.com.az saytının məlumatına görə, seçmənin yekun 23-lüyünə nəticədə üç forvard düşdü. Həmçinin təlim-məşqlərdə olan Mönxenqladbax «Borussiya»sının qapıçısı Mark-Andre ter Ştegen, «Şalke»nin havbeki Yulian Draksler və Dortmund «Borussiya»sının yarımmüdafiəçisi Sven Bender də qitə yarışını ekrandan izləməli olacaqlar. Yarışa gedənlər isə bunlardır:

Qapıçılar: Noyer («Bavariya»), Vize («Verder»), Siler («Hannover»).
müdafiəçilər: Badştuber, Lam, Boatenq (hamısı — «Bavariya»), Şmelser, Hummels (hər ikisi — «Borussiya» D.), Mertezaker («Arsenal», İngiltərə), Hevedes («Şalke»)

Yarımmüdafiəçilər: Şvaynştayger, Kroos, Müller (hamısı — «Bavariya»), Şürle, L. Bender (hər ikisi — «Bayer»), Xedira, Özil (hər ikisi — «Real»), Roys («Borussiya» Mnxb.), Göndoğan, Götse (hər ikisi — «Borussiya» D.).

Hücumçular: Qomes («Bavariya»), Kloze («Latsio», İtaliya), Podolski («Köln»)

Xəbər 1110 dəfə oxundu.